Maide.az

Dünya Bankı dünya iqtisadiyyatının artımı ilə bağlı proqnozunu aşağı saldı

Dünya Bankı (DB) dünya iqtisadiyyatının artım templərinin aşağı düşəcəyini proqnoz edir. Bu barədə bankın hesabatında deyilir.    Ekspertlərin qiymətləndirmələrinə görə, 2015-ci ildə dünya iqtisadiyyatı 3% artmalıdır. Əvvəlki qiymətləndirmələrə əsasən, artım 3.4% olmalı idi.    DB həmçinin 2016-cı il üçün proqnozunu  - 3.5%-dən 3.3%-ə qədərə dəyişib. 2017-ci ildə artım 3.2% təşkil edəcək.