Maide.az

Dünya əhalisinin sayı və artım tempi açıqlandı

BMT-nin müəyyən kriteriyalara uyğun apardığı araşdırmalara əsasən 2017-ci ildə dünya əhalisinin sayı ən azı 7.6 milyard nəfərdir.   Təşkilat dünyada insan sayının 2050-ci ildə 9.8, 2100-cü ildə isə 11.2 milyardı keçəcəyini bildirir. Hesabata görə, hər il dünyada 83 milyon insan doğulur.   Araşdırmada dünya əhalisinin artım tepminin getdikcə aşağı düşəcəyi də qeyd edilib. Ayrı-ayrı ölkələrlə bağlı əldə edilən statistik göstəricilər Hindistan əhalisinin gələcəkdə Çini üstələyəcəyini deməyə əsas verib.   Hazırda 7-cı sırada yer alan Nigeriya isə 2050-ci ildə dünyanın 3-cü ən böyük əhalisi olan ölkə olacaq.   Qardaş ölkə - Türkiyənin isə əhalisinin sayı 2050-ci ildə 95 milyona çatacaq.   Lakin 2100-cü ildə isə bu rəqəm azalaraq 85 milyona enəcək. (axar.az) /