Maide.az

DİN Suraxanıda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Daxili İşlər Nazirliyi oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfərin (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.   Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, zəhərlənən insanlar 5 saylı Yoluxucu xəstəliklər Xəstəxanasına yerləşdirilib.   Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.   Faktla bağlı araşdırmalar aparılır. /