Maide.az

Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev

Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.   Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.   Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:   Tərtər - 423 mərmi   Ağdam - 49 mərmi   Ağcabədi - 24 mərmi   Goranboy - 2 mərmi   Naftalan/Goranboy - "Smerch" raketləri.   Tərtərdə 2 mülki şəhid olub, biri yaralanıb