Maide.az

Dünən Bakıda 13 yol qəzası olub - 7 nəfər xəsarət alıb

Dekabrın 15-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib.   Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.   Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 7 nəfər xəsarət alıb:   "Hadisələr nəticəsində avtomobillərə ziyan dəyib. Qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almadığına görə baş verib. Qəzalarda ölən olmayıb". /