Maide.az

Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlanıb

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb. Maide.az-ın xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb. Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir. Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. "Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib. T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək.