Maide.az

DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib - SİYAHI

Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyulda DİM-ə müraciət edə bilərlər   Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib.    DİM-dən "Report"a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.   Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilər.   Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.   Digər ixtisaslar üzrə plan yerləri tam dolub.   Boş qalan plan yerləri aşağıdakılardır:     AzərbaycanTibbUniversiteti 311422 Gigiyena   2 311439 Epidemiologiya   2         Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu   313261 Narkologiya   1 313278 Ftiziatriya   1 313326 Gigiyena   2 313334 Epidemiologiya   3           Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 324115 Ftiziatriya   1 *324123 Mikrobiologiya   1           Respublika Narkoloji Mərkəzi 332118 Narkologiya   3           Respublika Gigiyena və Epidemiologiya Mərkəzi *333114 Mikrobiologiya   1 333122 Gigiyena   2 333139 Epidemiologiya   2           1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 339117 Psixiatriya   2           3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası 343118 Anesteziologiya-reanimatologiya   2 343183 Laboratoriyaişi   1           İctimai Səhiyyə və İslahatlar Mərkəzi *346115 Sosial gigiyena və səhiyyənin təşkili   1           Naxçıvan Dövlət Universiteti 361132 Uşaq cərrahiyyəsi   1 361149 Travmatologiya-ortopediya   1 361165 Psixiatriya   1 361198 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza   2 *361246 Sosial gigiyena və səhiyyənin təşkili   2 *361254 Mikrobiologiya   1           Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı 362145 Travmatologiya-ortopediya   1