Maide.az

DİM bu il keçiriləcək imtahan və digər tədbirlərin tarixlərini elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.   Maide.Az bildirir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.   İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.   I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.   Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.   Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.   Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış olmaq mümkündür:   ədbir Tarix (2018‑ci il) Qeyd Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına: ərizə qəbulu 2- 12 fevral   İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20- 24 fevral   QƏBUL İMTAHANI – 1-ci mərhələ 25 fevral   Proqram seçimi 7- 17 may   İmtahana buraxılış vərəqəsinin çap edilməsi 25 may- 2 iyun   QƏBUL İMTAHANI – 2-ci mərhələ 3 iyun   Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 20- 30 aprel   Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 7- 11 may   İxtisaslaşma  seçimi 8- 18 iyun   68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 6-8 iyun   bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 28 iyun- 11 iyul   AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat 7 iyun- 10 iyul   AMEA magistraturasına qəbul olmaq üçün müsahibə 12 iyun- 14 iyul   boş qalan yerlərə ixtisas seçimi 7- 13 avqust   boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-24 avqust   Azərbaycan Respublikasında rezidenturaya : ərizə qəbulu 15- 22 fevral   İmtahana buraxılış vərəqəsinin çap edilməsi 27- 31 mart   QƏBUL İMTAHANI 1-ci mərhələ 1 aprel   I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 4- 11 iyun   İmtahana buraxılış vərəqəsinin çap edilməsi 4- 7 iyul   QƏBUL İMTAHANI 2-ci mərhələ 8 iyul   İxtisas seçimi 10- 16 iyul   namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 3- 7 iyul   boş qalan yerlərə ərizə qəbulu 31 iyul- 1 avqust   Sınaq imtahanı (elektron) 16 may (II mərh)   Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) 1-ci imtahan 22 aprel   29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 18 – 29 may   18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün  2-ci imtahan 10 iyun   elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş  abituriyentlər üçün imtahan 10 iyun   2-ci imtahan 10 iyun   Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə: Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 1, 15, 29 aprel   ərizə qəbulu  (I – V qruplar) 29 mart- 30 aprel   ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün   elektron qeydiyyatı 17 may- 14 iyun   QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə 13 may   QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə 20 may   QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə 18 iyul   QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə 26 iyul   QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə 10 iyul   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə 6- 16 iyul I qrup üzrə 21- 24 iyul   Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı 29- 31 iyul 11- 13 avqust (boş qalan     yerlərə)   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup üzrə 23 iyul- 12 avqust I qrup üzrə 30 iyul- 2 avqust   Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı 30 iyul- 3 avqust 13- 16 avqust (boş qalan yerlərə)   jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 10-30 aprel   jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 6 avqust   İxtisas seçimi (I – IV qrup) 30 iyul- 13 avqust   İxtisas seçimi (V qrup) 30 iyul- 13 avqust   abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 16- 28 avqust   boş qalan yerlərə ixtisas seçimi 16- 20 avqust   boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24 avqust- 3 sentyabr   hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı 30 iyul   Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsilbazasında: ərizə qəbulu 1- 27 mart   QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları) 15 aprel   QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları) 10 iyul   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 6-16 iyul   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 30 iyul- 3 avqust   ixtisas seçimi 25 iyul- 6 avqust   abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-24 avqust   boş qalan yerlərə ixtisas seçimi 28 avqust- 3 sentyabr   boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 5- 12 sentyabr   Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsilbazasında: ərizə qəbulu 29 mart- 30 aprel   QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 10 iyul   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 6-16 iyul   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 23 iyul- 3 avqust   ixtisas seçimi 16- 20 avqust   abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24- 30 avqust   boş qalan yerlərə ixtisas seçimi 1- 5 sentyabr   boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 7-12 sentyabr   Buraxılış imtahanları: İlk peşə-ixtisas təhsili müəssisələri 18 mart   Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 4 mart   Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 11 mart   Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 18 mart   Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 15 aprel   Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 21 iyun   Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 27 iyun   Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 3 iyul   Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ)) 10 iyul   Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət 21 iyun   Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət 27 iyun   Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət 3 iyul   Tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 10 iyul