Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub - MN
Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.