Maide.az

Düşmən hücuma cəhd göstərib: Əks-həmlə əməliyyatı keçirilir - RƏSMİ

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib.   Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.   Bildirilib ki, düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.   Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.