Maide.az

Düşmən DSX-nın hərbi yardım maşınını atəşə tutub

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir. Maide.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.   İyul 28-də saat 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­ub. Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan “UAZ” mar­kalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.