Maide.az

DİM: Bəzi universitetlərdə keçid balı aşağı endirilib - SİYAHI

İxtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək   Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub. Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz. Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək. Müsabiqə şərtləri: Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):   I ixtisas qrupu üzrə: Torpaqşünaslıq və aqrokimya Lənkəran Dövlət Universiteti Meşəçilik Lənkəran Dövlət UniversitetiQərb Universiteti Aqronomluq Lənkəran Dövlət Universiteti Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi Naxçıvan Dövlət Universiteti Texnologiya müəllimliyi Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət Universiteti Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Azərbaycan Texnologiya Universiteti Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi Qərb Universiteti Çoxişlənən malların texnologiyası mühəndisliyi Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya Universiteti İstehlak mallarının ekspertizası və marketinqi Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərb Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Poliqrafiya mühəndisliyi Qərb Universiteti II ixtisas qrupu üzrə: Marketinq Azərbaycan Texnologiya UniversitetiMingəçevir Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Kommersiya Azərbaycan Kooperasiya Universiteti Regionşünaslıq (regionlar üzrə) Qərb UniversitetiXəzər UniversitetiBakı Avrasiya Universiteti Turizm və otelçilik Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiMingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Kooperasiya Universiteti Qərb Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Naxçıvan Universiteti III ixtisas qrupu üzrə: Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Naxçıvan Dövlət UniversitetiLənkəran Dövlət Universiteti Sosial iş Naxçıvan Dövlət UniversitetiGəncə Dövlət UniversitetiBakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Universiteti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası IV ixtisas qrupu üzrə: Baytarlıq Lənkəran Dövlət Universiteti Ekologiya Lənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya Universiteti     Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır: I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır. /