Maide.az

Diqqət! Bizi 24 saat kamera çəkir

Bizim həyatımızın hər anı və hər zamanını onlayn dörd kamera çəkir ki, bir gün – qiyamətdə bütün həyatımız nümayiş olunacaqdır: 1. Birincisi Allahdır. Allah-Taala “Ələq” surəsinin 14-cü ayəsində buyurur: أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!” 2 .İkincisi Allahın müqərrəb (yaxın) mələkləridir. Allah-Taala “Qaf” surəsinin 18-ci ayəsində buyurur: مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” 3. Üçüncüsü yerdir. Allah-Taala “Zilzal” surəsinin 4-cü ayəsində buyurur: يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا “Məhz o gün (yer) öz xəbərlərini söyləyəcəkdir.” 4. Dördüncüsü bədən üzvlərimizdir. Allah-Taala “Yasin” surəsinin 65-ci ayəsində buyurur: الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ “Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları şəhadət verər.” Maide.az – Maarif bölümü