Maide.az

Diqqət: bu ərazilərdə su olmayacaq

17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H.Əliyev küçəsi, Tiflis və Moskva prospektində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.   Maide.Az  Azərsu ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, içməli suyun verilişində məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.   Bu gün 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Azərsu ASC Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar olaraq gün ərzində əraziyə suyun verilməsində məhdudiyyətlər olacağını açıqlayıb.