Maide.az

Diqqət: Leysan xarakterli yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb.   Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, G   Bakıda və Abşeron yarımadasında Arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-20° isti, Bakıda gecə 14-16°, gündüz 17-19° isti olacağı gözlənilir.  Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.    Azərbaycanın rayonlarında Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 11-16°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir. /