Maide.az

Diqqət: Bu yolda hərəkət məhdudlaşdırılır

Zığ-Hövsan yolunun tikintisi çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.   "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Maide.Az-a verilən məlumata görə, bu səbəbdən 31 oktyabr səhər saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.   Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.   Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər hansı bir məhdudiyyət olmayacaq. /