Diqqət!- Bu gün Bakıda içməli su problemi olacaq
Bu gün Bakı şəhərində içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. “Azərsu”nun mətbuat xidmətindən Maide.Az-a verilən xəbərə görə, yeni tikilən +54 “Ramana” su anbarına birləşmənin verilməsi ilə əlaqədar saat 15:00-dan etibarən gün ərzində Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir. /