Dini fəal BMCMİ-də saxlanılır
Fevralın 26-dan yoxa çıxan "Müsəlman Birliyi" Hərəkatının fəalı Rəvan İsmayılov tapılıb. Maide.Az Turan-a istinadən xəbər verir ki,bu gün evə zəng edərək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu bildirib. R. İsmayılovun hüquqlarının müdafiəsi üçün vəkilə müraciət ediləcək. DİN-dən şərh almaq mümkün olmayıb. R.İsmayılov son vaxtlar Rusiyada yaşayıb. O, fevralın 26-də saat 12:00-da Bakıya gəlib və ancaq sonra ondan xəbər çıxmayıb. Bundan öncə, 2017-ci il oktyabrın 4-də R.İsmaylıov polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilmişdi.