Maide.az

DIŞLƏR NECƏ YUYULMALIDIR?

  Peyğəmbər (s) bu haqda buyurur: «Dişlərinizi uzununa deyil, eninə fırçalayın».   Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə-gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi».   Peyğəmbər (s) buyurur: «Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.»   «Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət-ən’ənələrdəndir».   Başqa bir hədisdə buyurur: «Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın».   TÜKLƏRIN QISALDILIB SƏLIQƏYƏ SALINMASI   Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.   Peyğəmbər (s) buyurur: «Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız».   Imam Sadiq (ə) buyurur: «Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir».   «Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir».   Imam Sadiq (ə) buyurur: «Bığlarını qısaltmayan kəs bizdən deyil».   Peyğəmbər (s) buyurur: «Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın».   Əli ibn Cə’fər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu: «Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır».   Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. Imam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın».   Başqa bir hədisdə buyurur: «Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yə’ni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır».   Peyğəmbər (s) buyurur: «Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin».   Imam Cə’fər Sadiq (ə) buyurur: «Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır».   Peyğəmbərdən (s) nəql edərək buyurur: «Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır».   Imam Rza (ə) Ə’raf surəsinin 31-ci ayəsi (мəscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur: «Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır».   Imam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı» (@Islamheqiqetleri)   Ardı var...