Devalvasiya Livanda aksiyalara səbəb oldu
Livanın paytaxtı Beyrut şəhəri yeniden etiraz aksiyalarına səhnə olub. Bu barədə yerli mənbələr məlumat yayıblar. Məlumatda vurğulanır ki, nümayişçilər yerli pul vahidinin dollar qarşısında kəskin ucuzlaşmasına etiraz ediblər. Devalvasiya səbəbilə küçələrə axışan nümayişçilər Mərkəzi Banka da daxil olmağa cəhd ediblər. Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxilə etdiyi qeyd olunur. /eastnews.org/