Detroyt şəhərində Fitr bayramında məktəblər rəsmi tətil olacaq - İlk dəfə
ABŞ-ın Miçiqan ştatının ən böyük şəhəri olan Detroyt şəhərində ilk dəfə Fitr bayramında məktəblər tətil olacaq. Maide.Az “aboutislam”a istinadla xəbər verir ki, Detroyt şəhər Təhsil İdarəsi Fitr bayramını bu ildən müsəlmanların rəsmi bayram günü kimi qəbul edib və cari ildən məktəblərdə həmin gün dərslər tətil oluancaq. Detroyt müsəlman şagird və valideynlər Təhsil İdarəsinə Fitr bayramını rəsmi tətil kimi qeyd olunmasına dair müraciət ünvanlamışdı.