De Mistura: `Suriya müxalifəti anlamalıdır ki, müharibəni uduzub`
Suriya müxalifəti anlamalıdır ki, Bəşər Əsəd hökumətinə qarşı müharibədə məğlub olub. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib. O, «mülayim» müxalifətə reallıqla barışmağa çağırıb. Xatırladaq ki, ABŞ-ın Suriyadakı sonuncu səfiri Robert Ford da bir müddət əvvəl Suriya prezidentinin qələbəsinin regionun alışmalı olduğu hal olduğunu demişdi. «Bu alışmalı olduğumuz yeni reallıqdır və biz heç nə edə bilmərik», - deyə o, vurğulayıb. Ford əlavə edib: «Keçmişdə Azad Suriya Ordusu ünsürlərini dəstəkləyən xarici hökumətlər Suriya Demokratik Qüvvələrinin İŞİD-ə qarşı hərbi müşavirlərə pul və silah göndərməyə hazır olmadıqca Əsədi və onun müttəfiqlərini məğlub etmək imkansız olacaq. Və xarici hökumətlər bunu etsələr belə, ehtimal ki, Əsəd üzərinə qələbə əvəzinə, ancaq dalana dirənmiş uzunmüddətli müharibə əldə edəcəklər». Sabiq diplomatın sözlərinə görə, müharibə tədricən bitmək üzrədir: «Suriya prezidenti Bəşər Əsəd qələbə çalıb və o, hakimiyyətdə qalacaq».