Maide.az

Dekabrın 6-dan hava şəraiti qeyri-sabit keçəcək

“Dekabrın 6-ı axşam saatlarından Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir”.   Maide.Az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.   O bildirib ki, dekabrın 5-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Dekabrın 6-ı axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir”.   Direktor qeyd edib ki, dekabrın 6-da qərb küləyinin güclənəcəyi gözlənilir.