İŞİD dini ədəbiyyatdan sui-istifadə edərək öz cinayətlərinə bəraət qazandırır
Misirin “Dar əl-Fətva” Mərkəzi nəzdində Təkfirçi fətvaları Monitorinq Mərkəzi bildirib ki, İŞİD terror-təkfirçi qruplaşması dini ədəbiyyatdan sui-istifadə edərək öz vəhşi cinayətlərinə bəraət qazandırmağa çalışır. Maide.az xəbər verir ki, Misirin “Dar əl-Fətva” təşkilatı nəzdində Təkfirçi fətvaları Monitorinq Mərkəzi yaydığı bəyanatda qeyd edib ki, Təkfirçi və radikal qruplaşmaların yaranması İslam düşmənlərinə imkan verir ki müsəlmanlara qarşı təzyiqlər etsinlər. Bəyanatda deyilir: İŞİD-in törətdiyi əməllər və cinayətlər İslam düşmənlərinə fürsət yaradıb ki müsəlmanları və İslam dinini təhqir etsinlər və düşmənlər İŞİD-in İslam adına törətdiyi cinayətlərdən sui-istifadə edərək müsəlmanlar və İslam haqqında yalan və böhtan yaymaqla məşğuldurlar. İslamın bədxahları və düşmənləri sosial şəbəkələrdə təkfirçi və radikal qruplaşmalara məxsus səhifələrdən sui-istifadə etməklə İslam adı ilə zorakılıq ideologiyasını yaymaq üçün çalışırlar. /