İŞİD bir daha `Kəbəni yox etmək` üçün söz verdi
Təkfirçi terror qruplaşması olan İŞİD başçısı Əbu Bəkir Əl-Bağdadi yenidən İslam aləminin müqəddəs məkanı Kəbəni "yox" edəcəyindən danışıb. Maide.az-ın Yaxın Şərq ölkələri KİV-lərinə istinadən məlumatına görə, yeni təhdidlərlə çıxış edən terrorçu son tvitter açıqlamasında bildirir: "Lənət o İslami inanca ki, daşa ibadətə icazə verir. Mən buna icazə vermirəm. Kəbə yox olmalıdır". Xatırladaq ki, bundan öncə də İŞİD terror qruplaşmasının müqəddəs Kəbəyi-Müəzzəməyə hücum edəcəklərinə dair xəbərlər yayılıb.