Maide.az

İŞİD Beyrutda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD terror və təkfirçi qruplaşması yaydığı bəyanatda Beyrutun Zaheye rayonunda yerləşən Borc əl-Bəracene məhəlləsində törədilən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürdü. Maide.az xəbər verir ki, cümə axşamı günü Beyrutun cənubunda yerləşənZaheye rayonunun Borc əl-Bəracene məhəlləsində iki şiddətli partlayış törədilib. Hadisə nəticəsində indiyədək 41 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Bir sıra informasiya mənbələri məlumat verirlər ki, partlayışlar Livanın Borc əl-Bəracene məhəlləsində yerləşən Hizbullah hərəkatına aid bir Təhlükəsizlik Mərkəzinin yaxınlığında baş verib. Habelə, bildirilir ki partlayışlar 7 dəqiqə fasilə ilə həyata keçirilib. əl-Məyadin telekanalının məlumatına görə, üçüncü kamikadzenin partlayıcı kəməri işə düşməyib. İlkin informasiyalar göstərir ki, iki kamikadze özlərini Borc əl-Bəracene rayonundakı “Əyn əl-Sekke” məhəlləsində partlayıcı kəmərlə partladıblar. Yaralılar Beyrutun Bəhmən və əl-Sahel xəstəxanalarına yerləşdirilib. /