Maide.az

Dağıstanda yanğın nəticəsində 30 ev yanıb

 Dağıstanın Tissi-Axitli kəndi ərazisində baş verən güclü yanğın nəticəsində 30 yaşayış evi yanıb . Nəticədə 20-dən çox insan evsiz qalıb. “Report” TASS-a istinadən xəbər verir ki, bunu kənd rəhbəri Sayqidhüseyn Məhəmmədov deyib. Məlumata görə, 14 böyük və 8 uşaq evsiz qalıb. Həmçinin yanğının tamamilə söndürüldüyü bildirilir. O, 2,5 min kvadratmetr sahəni əhatə edib.