Dağıstanda atışma: deputatı öldürdülər
Dağıstanın Məhərrəmkənd rayonunda baş vermiş atışmada 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Silahlı münaqişə sərhəd zonasında baş verib. Atəş açanlar hadisə yerindən qaçıblar. Münaqişədə yüksək vəzifəli şəxslərin övladları iştirak edib. Onların adlar hələlik açıqlanmır. Atəş zamanı həlak olanlardan birinin rayon məclisinin deputatı olduğu deyilir. Bu haqda rayon rəhbəri bildirib.(faktxeber)