Maide.az

Dağıstanda 9 terrorçu öldürülüb

Rusiya Federasiyasının Dağıstan Respublikasında 9 terrorçu zərərsizləşdirilib.    "RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi rəisinin köməkçisi Rəsul Temirbekov xəbər verib. O bildirib ki, xüsusi əməliyyat Dağıstanın Qarabudaqkənd rayonunda keçirilib: "Diversiya-terror qrupunun 9 üzvü, eləcə də qrupun başçısı Hüseyn Tahirov zərərsizləşdirilib. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına bir neçə dəfə qəsd etmək və qətl cinayətləri ilə əlaqədar axtarışda idi”.   Atışma zamanı hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub və daha 3-ü yaralanıb. (apa)