Maide.az

Dağıstanda 600 sayt bağlandı – İŞİD-İN TƏBLİĞİNƏ GÖRƏ

Dağıstanda 600 saytın girişinə qadağa qoyulub.   Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Dağıstan prokurorluğunun rəsmisi Ramazan Şaxnavazov bildirib.   Şaxnavazovun bildirdiyinə görə, 485 sayt İŞİD-in təbliğatını aparırmış. Yerdə qalan saytlar isə ekstremizmi və terrorçuluğu təbliğ edirmiş.   Məlumata görə, yaxın günlərdə daha 250 saytın girişinə məhdudiyyətlər qoyulacağı bildirilir.