Danimarkada Quran tilavəti üzrə yarış keçirilib
Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında olan Glostrup şəhərində Quran tilavəti üzrə yarış keçirilib. Maide.Az xəbər verir ki, Danimarka və İsveç İslam Mədəniyyət Mərkəzləri Birliyinin təşəbbüsü ilə yeniyetmələr arasında keçirilən Quran yarışması Fatih məscidində təşkil olunub. Yarışlarda 7 tələbə qatılıb. 1, 2 v 3-cü yerlərin qaliblərinə dəyərli hədiyyələr verilib.