Maide.az

Dağlıq Qarabağ münaqişəsi Vyanada müzakirə edildi

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı silsilə görüşlər bu gün Vyanada keçirilib. ATƏT PA-nın mətbuat xidmətindən verilən məlumaata görə, görüşdə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin iştirak edib.   Onun yüksək səviyyəli diplomatlarla görüşündə Azərbaycan, Ermənistan və Avstriyanın ATƏT-dəki nümaytəndələri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT katibliyinin nümayəndəsi iştirak edib.   Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün razılaşdırılmış formatlar çərçivəsində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.   Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda qəbul edilmiş birgə bəyanatda bildiriblər ki, iyulun 3-də Vyanaya səfər edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişi barədə Minsk qrupunu məlumatlandırmaq niyyətindədirlır.(virtualaz)