Maide.az

Daşkənddə 4 bal gücündə zəlzələ

Özbəkistanın Daşkənd şəhərində  4 bal gücündə zəlzələ baş verib.    Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla  saat 02:32-də Daşkənd şəhəri ilə yanaşı bir neçə bölgədə hiss olunub.     Zəlzələnin episentri Daşkəndin 28 kilometrliyində Qazağıstan ərazisində olub.    Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.