Maide.az

Daha bir ölkədən ABŞ-a sərt cavab: Qərarımız qətidir

ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, biz Rusiyanın S-400 hava müdafiə raketlərini almaqda qərarlıyıq.   Maide.Az "Axar.az"a istinadla  xəbər verir ki, bu məlumatı Hindistanın Xarici İşlər Nazirliyi yayıb.   Nazirlikdən verilən məlumatda artıq Hindistan hökumətinin Rusiyanın S-400 hava müdafiə sistemini almaqla bağlı müqavilə imzaladığı bildirilib.   Nazirlik həmçinin onu da qeyd edib ki, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, geri addım atmayacaqlar.   Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi öz açıqlamasında Dehlinin S-400 sistemlərini almasının iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığı ciddi şəkildə zədələyə biləcəyini bildirmişdi.