Maide.az

Daha bir ölkə Suriyada savaşa başlayır

Çin Suriyadakı müharibədə bundan sonrakı müddətdə aktif iştirak edəcəyini açıqlayıb.   Maide.Az "Posta"ya istinadən xəbər verir ki, bu barədə Çinin Dəməşqdəki səfiri Şi Tsanzin bildirib.   O deyib ki, Çin Suriyanın gələcəyində aktiv rol almaq istəyir:   "Suriyanın yenidən qurulmasında ölkənin qanuni hökuməti ilə əməkdaşlıq edəcəyik. Bu istiqamətdə hər keçən gün dəstəyimiz artacaq"   Qeyd edək ki, Çin 2011-ci ildən davam edən Suriya müharibəsində aktiv iştirak etməsə də, beynəlxalq arenada Rusiya ilə birgə hərəkət edirdi.   Lakin, ABŞ-ı da qarşısına almamaq üçün BMT-də Suriya ilə bağlı keçirilən səsvermələrdə bitərəf qalırdı.