Maide.az

Dəməşqdə Həzrət Zeynəbin (s.ə) hərəminin yerləşdiyi bölgənin adı dəyişdirilib

  Suriyanın paytaxtı Dəməşqdə Həzrət Zeynəbin (s.ə) hərəminin yerləşdiyi bölgənin adı dəyişdirilib.    Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  Dəməşqin cənubunda Həzrət Zeynəbin (s.ə) hərəminin yerləşdiyi bölgənin adı Suriya hökuməti tərəfindən dəyişdirilib.    Belə ki,  indiyədək rəsmi sənədlərdə   "Qəbris-sit" (Xanımın qəbri) adlanan və bu adla tanınan  bölgə  bundan sonra  "Həzrət Zeynəbin (s.ə) şəhəri" adlandırılacaq.