Maide.az

Dəməşqdə Livan səfirliyi yaxınlığında partlayış, ölənlər var

Suriyanın Dəməşq şəhərində partlayış baş verib. Trend-in "SANA" agentliyinə istinadən verdiyi məlumata görə, Livan səfirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bildirilir ki, ölən və yaralananlar haqqında olan məlumat ilkindir. Partlayışın təfərrüatları barədə məlumat verilmir.