Maide.az

Üç dəyərli xislət

İslam Peyğəmbəri (s) buyurmuşdur:   ثَلاَثٌ تَخْرُقُ الْحُجُبَ وَ تَنْتَهِي إِلَيٰ مَا بَيْنَ يَدَيِ اللهِ: صَرِيْرُ أَقْلَامِ الْعُلَمَاءِ وَ وَطْيُ أَقْدَامِ الْمُجَاهِدِينَ وَ صَوْتُ مَغَازِلِ الْمُحْصَنَاتِ   “Üç xislət maneələri aşaraq Allah dərgahına çatar:   1. Alimlərin qələmlərinin hərəkətindən yaranan səs;   2. Döyüş meydanlarında mübariz əsgərlərin addımlarının səsi;   3. İffətli qadınların ip əyirən cəhrəsinin sədası”.   (“Əş-şəhab fil-hökmi vəl-adab,” səh.22). Qısa izah Necə də dolğun! Üç səs var ki, varlığın dərinliyinə nüfuz edir və əks-sədası Allahın əzəmətli ərşinə qədər yüksələrək Onun dərgahına çatır: Asta və qısa olmasına rəğmən, qələmin səsi; mücahidlərin addımlarının səsi; imanlı qadınların ipəyirən maşınlarının səsi. Həqiqətdə də, şərəfli insan cəmiyyətinin təməl və bünövrəsini, məhz, elm, mübarizə və əmək adlı üç amil təşkil edir. Hazırladı: Maide.az – Maarif bölməsi