Maide.az

Dərnəgül bazarındakı yanğında 1 nəfər yaralanıb

Bakının Dərnəgül şossesi ətrafında yerləşən tikinti malları bazarında baş verən yanğında bir nəfər yüngül xəsarət alıb.   Maide.Az bildirir ki, bu barədə musavat.com-a hadisə yerində olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyayının sədri Şahmar İbadov məlumat verib.   Məlumata görə, yanğın zamanı 5 sahibkarın obyektinə zərər dəyib.   FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının səyləri nəticəsində yanğın söndürülüb, digər obyektlərə keçməsinin qarşısı alınıb.   Hadisə zamanı bir nəfər qolundan yüngül xəsarət alıb.