Maide.az

Dəməşq atəşə tutulub

 Suriyanın paytaxtı Dəməşq atəşə tutulub.   Maide.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Suriyada Düşmənçilik edən tərəflərin barışdırılması Mərkəzinin rəhbəri, general-mayor Yuri Evtuşenko bildirib.   Onun sözlərinə görə, "Ceyş əl-İslam" terror qruplaşmasının silahlıları Duma yaşayış məntəqəsindən paytaxtın Düveylə, Əl-Baranki yaşayış kvartallarına və Muhayəm Əl-Vəfadin yaşayış məntəqəsində 4 mina atıblar. Atəş nəticəsində 6 dinc sakin həlak olub, daha 6 nəfər də xəsarət alıb.   Daha əvvəl terrorçuların açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.