Maide.az

Dəməşq Beynəlxalq Sərgisinə raketli hücum: ölən və yaralananlar var

Dəməşq Beynəlxalq Sərginin giriş qapısı yaxınlığına raket atılıb. Maide.Az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Raketin haradan atıldığı məlum deyil. Suriyanın baş naziri bildirib ki, 5 illik fasilədən sonra sərgidə 1300 ticarətçi ərəb və digər ölkələrindən olan şirkətlər qida, kənd təsərrüfatı və digər sahələrə dair öz məhsullarını sərgiləyir. Beynəlxalq Sərgi avqustun 17-dən başlayıb və ayın 26-nadək davam edəcək. /