Dəməşqdə prokrorluğun binasında partlayış, 25 nəfər həlak olub
Suriyanın paytaxtı Dəməşqdə prokrorluğun binasında patlayış baş verib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, intiharçı prokrorluq binasında özünü partladıb və ilkin məlumata görə 25 nəfər həlak olub. Verilən məlumata görə, intiharçı özünü Hamidiyə bazarı yaxınlığında olan prokrorluq binasında partladıb. Hüquqmühafizəçilər terrorçunu dayandırmağa çalışsa da, o, özünü binanın içinə salmağa və kütlənin içində bədəninə bərkitdiyi partlayıcını işə salmağa nail olub. Çoxlu sayda yaralılar var, onların bəzilərinin vəziyyəti ağırdır. Ölkən və yaralananların çoxunun vəkil olduğu bildirilir.