Maide.az

Dəm qazından 4 nəfər zəhərlənib

Bakının Səbail rayonu ərazisində 3 qardaş dəm qazından zəhərlənib.   Maide.Az "Teleqraf"-a istinadən xəbər verir ki, hadisə rayonun Elçin Əzizov küçəsindəki mənzillərdən birində qeydə alınıb.   Həmin mənzildə kirayə yaşayan 1978-ci il təvəllüdlü Hüseyn Hüseynov, onun qardaşları – 1981-ci il təvəllüdlü Həsən Hacıyev, 1882-ci il təvəllüdlü Əli Hacıyev və həmyerliləri 1985-ci il təvəllüdlü Nəvahi Əhmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.   Onlara tibbi yardım göstərilib. /