Maide.az

Dəmiryolu stansiyasının rəisini maşın vurub

Azərbaycanda vəzifəli şəxsi maşın vurub.   Bərdə rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayev müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub.   Onun vəziyyəti orta-ağır qiymətləndirilir.     Xəstəxanadan bildirilib ki, X. Mustafayev avtomobil vurması nəticəsində xəsarət alıb. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.