Maide.az

İŞİD “Cəbhət ən Nüsrə” qruplaşmasını liderini ğldürüb

Suriya-Livan sərhədində İŞİD terrorçuları “Cəbhət ən Nüsrə” terror qruplaşmasının düşərgəsinə hücum edərək ələ keçirib.   Maide.az xəbər verir ki, hücum nəticəsində 5 “Cəbhət ən Nüsrə” terrorçusu öldürülüb, 6-sı əsir götürülüb.   Ölənlər arasında “Cəbhət ən Nüsrə”nin liderlərindən biri Əbu-Mərayənin olduğu bildirilir.   Məlumata əsasən, terrorçular arasında döyüşlər Ərsal dağ rayonunda iki gündür ki, davam edir.   Qeyd edək ki, “Cəbhət ən Nüsrə” “Əl-Qaidə” terror şəbəkəsinin Suriya və Livandakı qolu sayılır.