Maide.az

Dənizdə köməksiz qalan müsəlmanlar sahilə çıxdı

Günlərdir müxtəlif ölkələr tərəfindən rədd edildikdiləri üçün dənizdə qalan mühacirlər Rohinqya müsəlmanları İndoneziya sahilinə çıxa biliblər.    Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, sahilə çıxan mühacirlərin sayının 1500 nəfərdir. Şəhər bələdiyyəsindən bildirilib ki, müsəlmanlar dənizdə bələdçilər tərəfindən köməksiz buraxılıb.    Mühacirlərə tibbi yardım göstərildiyi də qeyd edilib: “Mühacirlərin gündəlik təlabatı üçün müvəqqəti olaraq şəhər büccəsindən maliyyə ayrılıb. Maddi baxımdan imkanlarımız məhduddur. Bəzi təşkilatlar yardıma hazırdır. Ancaq şəhərə hələ ki, yardım gəlməyib”.