Maide.az

Dəmir yolunda yanğın: qatarların hərəkəti dayandı

Azərbaycanda dəmir yolu stansiyasında yanğın baş verib.    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, iyunun 23-də saat 01.05-də Atbulaq dəmir yolu stansiyasının inzibati binasında yanğın qeydə alınıb.   Nəticədə bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Qatarların hərəkəti 1 saat 10 dəqiqə müddətində dayanıb.   Faktla bağlı araşdırma aparılır.