İŞİD-in Samerraya hücumunun qarşısı alındı
İraqın Həşduş-Şəbi (xalq könüllüləri) qüvvələri bu gün Samerranın cənubunda İŞİD terrorçularının hücumunun qarşısını aldıqları barədə məlumat yayıb. Maide.Az İQNA -a istinadla xəbər verir ki, İŞİD terrorçuları Samerranın cənubunda yerləşən “Telluz-Zəhəb” rayonuna nüfuz edərək Bələd şəhrinə və “Seyyid Əhməd türbəsi”nə gedən “Qənat 14” strateji şossesində əlaqəni kəsmək istəyiblər. Qeyd edək ki, İŞİD terrorçuları 2017-ci ildə İraqda xalq könüllülərinənin döyüşçülərinə məğlub olsalar da onların qalıqları müxtəlif bölgələrdə bəzi vaxtlar terror əməliyyatları həyata keçirməyə cəhd edirlər.