Maide.az

İŞİD-in İraqdakı komandirlərindən biri İranda keçirilən əməliyyatda öldürülüb - YENİLƏNİB

( ilk xəbər 16-08-2016 ci il, saat  12:06 da dərc olunmuşu)    İŞİD-in İraqdakı komandirlərindən biri bu gün İranın Kirmanşah şəhərində keçirilən əməliyyatda öldürülüb.   Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu  İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.     H.Zülfüqari bildirib ki, Kirmanşahda öldürülən terrorçuların sayı 4 nəfərə çatıb: “Ötən gün axşamdan bu gün səhərə kimi  Kirmanşah əyalətinin 2 bölgəsində təkfirçi terror qruplaşması üzvləri ilə qarşıdurma baş verib. Bu qarşıdurmada dörd terrorçu öldürülüb, altı terrorçu saxlanılıb”.   O əlavə edib ki, qruplaşma üzvləri  İranın qərb əyalətləri və mərkəzi bölgəsində təxribatlar törətmək istəyiblər.