Maide.az

İŞİD-in kimyəvi silah eksperti öldürülüb

İŞİD terror təşkilatının kimyəvi silahlar üzrə eksperti İraqda öldürülüb.   Maide.az xəbər verir ki, Abu Malik öz təlimlərində terrorçulara kimyəvi silahlarla davranmağı öyrədirmiş.   O, İraqdakı əl-Qaidədə, sonra isə İŞİD-ə qoşulmazdan əvvəl keçmiş İraq lideri Səddam Hüseynin kimyəvi silahlar üzrə mühəndisi olub.   Abu Malikin yanvarın 24-də Mosul yaxınlığında öldürüldüyü bildirilir.   Xəbər verilir ki, döyüş bölgələrində İŞİD terrorçuları xlorin qazından istifadə edirlər.